Səudiyyə Ərəbistanı Yəməndə aviazərbələri dayandırır

Səudiyyə Ərəbistanı Yəməndə aviazərbələri dayandırır Bu qərar ötən gün Moxka şəhərinin yaşayış kvartallarına yönəldilən qanlı aviazərbə xəbərindən sonra qəbul edilib
Digər ölkələr
26 İyul , 2015 11:59
Səudiyyə Ərəbistanı Yəməndə aviazərbələri dayandırır

Bakı. 26 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Yəməndə üsyançı husilərə qarşı aviazərbələri müvəqqəti olaraq dayandırdığını elan edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bu qərar ötən gün Moxka şəhərinin yaşayış kvartallarına yönəldilən aviazərbə nəticəsində 120 dinc sakinin ölməsi xəbərindən sonra qəbul edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin üzvləri Yəməndə 5 günlük atəşkəs elan ediblər. Razılaşma ənbə günü yerli vaxtla saat 23:59-da qüvvəyə minib.

Bu möhlət sakinlərə humanitar yardım çatdırmaq üçün istifadə olunacaq.

Koalisiya qüvvələri, atəşkəs rejimini pozmaq cəhdlərinin cavabsız qalmayacağını vəd ediblər. İyun ayında tərəflər arasında BMT vasitəçiliyilə 6 günlük atəşkəs elan olunmuşdu.

Son xəbərlər

Orphus sistemi