Yuxarı

​Səudiyyə Ərəbistanı-Yəmən sərhədindəki atışmada iki əsgər ölüb, beşi yaralanıb

Səudiyyə Ərəbistanı sərhədçiləri Zahran rayonunda husi üsyançılarının silahlı hücumuna məruz qalıb

Bakı. 28 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində atışma baş verib. Nəticədə Səudiyyə Ərəbistanının 2 sərhədçisi həlak olub, 5-i yaralanıb.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü, general-mayor Mənsur ət-Türki ölkə sərhədçilərinin Zahran rayonunda husi üsyançılarının silahlı hücumuna məruz qaldığını açıqlayıb.

Xəbərdə hücum nəticəsində əsgərlər Mufric Yəhya Suveyd əl-Kahtani və Fəhd Əli Məhəmməd Həmzənin öldüyü, 5 əsgərin yaralandığı qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi