​Səudiyyə Ərəbistanı XİN başçısı: "Obamanın İranla bağlı təminatı kralı qane edir"

​Səudiyyə Ərəbistanı XİN başçısı: "Obamanın İranla bağlı təminatı kralı qane edir" Adil əl-Cubayr: "İran sanksiyalar aradan qaldırıldıqdan sonra bu imkanları iqtisadiyyatının inkişafına sərf etməlidir"
Digər ölkələr
5 Sentyabr , 2015 11:17
​Səudiyyə Ərəbistanı XİN başçısı: Obamanın İranla bağlı təminatı kralı qane edir

Bakı. 5 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salmanı ABŞ prezidenti Barak Obmanın İranla bağlı təminatı qane edir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubayr kralla ABŞ prezidenti Barak Obamanın görüşündən sonra bildirib.

Nazirin sözlərinə görə, İranın nüvə problemi ilə bağlı iyunun 14-də Vyanada əldə edilən razılaşma Tehranın atom silahı təhdidini aradan qaldırmağa, bütün şübhəli nüvə obyektlərini təftiş etməyə, əgər İslam Respublikası öhdəlikləri yerinə yetirməzsə sanksiyaların tətbiq edilməsinə imkan verir.

"İran sanksiyalar aradan qaldırıldıqdan sonra bu imkanları bölgədə müxtəlif avantüralara deyil, öz iqtisadiyyatının inkişafına sərf etməlidir",- nazir vurğulayıb.

Məlumata görə, kralla Obamanın görüşündə Yəməndəki vəziyyət də müzakirə edilib.

Səudiyyə krallığı təmsilçiləri onu da bildirib ki, Yəməndəki qiyamçılara və İŞİD-ə qarşı mübarizə aparmaq üçün milyard dollar məbləğində silah-sursat almaq üçün danışıqlar da aparırlar.

Xəbərə əsasən, Səudiyyə Ərəbistanı kralı yaxın zamanlarda Moskvaya səfər edərək, Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək.

Qeyd edək ki, Ağ evdə keçirilən görüşdə İraq, Yəmən və Suriyada davam edən münaqişələr və İranın regional siyasəti ilə bağlı narahatlıqlar müzakirə olunub.

Bu, Kral Abdullanın ölümündən sonra taxta çıxan ərəb liderinin Birləşmiş Ştatlara ilk səfəri olacaq.

Xatırladaq ki, Barak Obama və kral Salman arasında təkbətək görüş Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir zamana təsadüf edir.

ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyada İŞİD qruplaşmasının yaraqlılarına qarşı mübarizə aparır, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə Yəməndə İranın dəstəklədiyi Huti qiyamçılarına müqavimət göstərir.

Son xəbərlər

Orphus sistemi