​Səudiyyə Ərəbistanı xarici diplomatları Yəmənin Ədən şəhərindən təxliyə edib

​Səudiyyə Ərəbistanı xarici diplomatları Yəmənin Ədən şəhərindən təxliyə edib Krallığın Hərbi Dəniz Qüvvələri diplomatların təxliyyəsi üçün "Tornado" adı altında əməliyyat keçirib
Digər ölkələr
28 Mart , 2015 12:44
​Səudiyyə Ərəbistanı xarici diplomatları Yəmənin Ədən şəhərindən təxliyə edib

Bakı. 28 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının hərbi gəmiləri vasitəsilə xarici dövlətlərin onlarla diplomatı Yəmənin ikinci böyük şəhəri Ədəndən təxliyyə edilib. "Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı televiziyası məlumat yayıb.

"Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri "Tornado" adı altında keçirdikləri əməliyyat nəticəsində krallığın təmsilçiləri də daxil olmaqla 10-dan çox xarici diplomatı təxliyə edib", - xəbərdə bildirilib.

Xatırladaq ki, Yəmənin paytaxtı Səna husi qiyamçılarının nəzarəti altında olduğundan xarici ölkələrin diplomatları fəaliyyətlərini Ədəndə davam etdirirdi.

Son xəbərlər

Orphus sistemi