Səudiyyə Ərəbistanı Trampın Qüdslə bağlı qərarını "məsuliyyətsiz" adlandırıb

Səudiyyə Ərəbistanı Trampın Qüdslə bağlı qərarını "məsuliyyətsiz" adlandırıb Ər-Riyad ABŞ administrasiyasını Qüdslə bağlı mövqeyinə yenidən baxmağa çağırıb
Digər ölkələr
7 Dekabr , 2017 04:56
Səudiyyə Ərəbistanı Trampın Qüdslə bağlı qərarını məsuliyyətsiz adlandırıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının fələstinlilərə qarşı qərəzli olduğu hesab edir və Vaşinqtonu bu məsələ ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata görə, Ər-Riyad Trampın qərarını "anlaşılmaz, məsuliyyətsiz və əsassız" adlandırıb.

Son xəbərlər

Orphus sistemi