Yuxarı

Səudiyyə Ərəbistanı Suriya müxalifətinə "düşmən təyyarələrinə" qarşı silah verəcək

Ər-Riyadın Suriya müxalifətinə yer-hava raketlərini göndərəcək

Bakı. 20 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı "düşmən təyyarələrini" məhv etmək məqsədi ilə Suriya müxalifətinə "yer-hava" raketlərini göndərəcək. "Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, bu fikri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr səsləndirib.

Nazirin sözlərinə görə, rəsmi Ər-Riyadın bu addımı Suriyada hərbi vəziyyəti bütövlüklə dəyişəcək.

Bununla belə, Adil Əl-Cubeyr qeyd edib ki, Səudiyyə Ərəbistanının gönderəcəyi silahlar "səhv ünvanlara" çatmamalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi