​Səudiyyə Ərəbistanı Suriya münaqişəsini "hərbi yolla" həll edəcəyi ilə hədələyib

​Səudiyyə Ərəbistanı Suriya münaqişəsini "hərbi yolla" həll edəcəyi ilə hədələyib "Əsəd öz postunu tərk etməlidir, yoxsa zor gücü ilə kənarlaşdırılacaq"
Digər ölkələr
4 Oktyabr , 2015 00:50
​Səudiyyə Ərəbistanı Suriya münaqişəsini hərbi yolla həll edəcəyi ilə hədələyib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adil əl-Cubeyr bəyan edib ki, Suriya prezidenti Bəşər Əsəd öz postunu tərk etməlidir və ya hakimiyyətdən zor gücü ilə kənarlaşdırılacaq.

"Report" xəbər verir ki, bu barədə o, Nyu-Yorkda Krallıq müttəfiqləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

XİN rəhbəri Rusiyanın "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə mübarizədə Bəşər Əsədə kömək məqsədi ilə beynəlxalq koalisiya formalaşdırmağa dair çağırışını qəbul etməyib və vəziyyətdən ən yaxşı çıxış yolu kimi Suriya prezidentinin istefasını göstərib.

"Suriyada Əsədin gələcəyi yoxdur", — deyə nazir bildirib. Adil əl-Cubeyrin fikrincə, Suriyadakı münaqişənin iki həll yolu var və onlardan "ən yaxşısı" "keçid şurasının yaradılması ilə siyasi prosesdir".

"Digəri hərbi variantdır ki, bu da, həmçinin Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnəcək", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi