Səudiyyə Ərəbistanı Qətərlə dialoqdan imtina edib

Səudiyyə Ərəbistanı Qətərlə dialoqdan imtina edib Qətərin xarici siyasəti ölkələr arasında dialoqa başlamaq üçün əminlik ehtiva etmir
Digər ölkələr
9 Sentyabr , 2017 05:29
Səudiyyə Ərəbistanı Qətərlə dialoqdan imtina edib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Qətər rəsmi mövqeyini elan etməyincə Doha ilə dialoqa girməkdən imtina edib.

"Report" RT-yə istinadən xəbər verir ki, bununla belə, ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Qətər hökuməti mövqeyini ictimai şəkildə bəyan etməlidir.

Eyni zamanda, Səudiyyə Ərəbistanı bildirib ki, Qətərin xarici siyasəti ölkələr arasında dialoqa başlamaq üçün əminlik ehtiva etmir.

Bundan əvvəl Qətər əmiri Səudiyyə şahzadəsi ilə telefon söhbəti zamanı danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi