Səudiyyə Ərəbistanı ölkəyə girişi məhdudlaşdırdı

Səudiyyə Ərəbistanı ölkəyə girişi məhdudlaşdırdı Səudiyyə Ərəbistanı koronavirusa yoluxma hallarının yayıldığı ölkələrdən krallığın ərazisinə girişi məhdudlaşdırıb.
Digər ölkələr
7 mart 2020 06:25
Səudiyyə Ərəbistanı ölkəyə girişi məhdudlaşdırdı
Getty

Səudiyyə Ərəbistanı koronavirusa yoluxma hallarının yayıldığı ölkələrdən krallığın ərazisinə girişi məhdudlaşdırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bundan sonra epidemiyanın yayıldığı ölkələrdən Səudiyyə Ərəbistanına gələn şəxslər koronavirusa yoluxmadığını təsdiqləyən tibbi arayış təqdim etməlidir.

Bundan əlavə, krallıq BƏƏ, Küveyt və Bəhreyndən ölkəyə giriş qaydalarını sərtləşdirib. Bu ölkələrdən gələnlərə yalnız Səudiyyə Ərəbistanının 3 hava limanında xidmət göstəriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında yoluxanların sayı 5 nəfərə çatıb.

Daha əvvəl Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.

Son xəbərlər

Orphus sistemi