​Səudiyyə Ərəbistanı neftin qiymətləri ilə oynamadığını bəyan edib

​Səudiyyə Ərəbistanı neftin qiymətləri ilə oynamadığını bəyan edib Ər-Riyad İranla münaqişə səbəbindən nefti qiymətdən salmağa çalışmaqla bağlı ittihamları rədd edib
Digər ölkələr
20 Yanvar , 2016 07:15
​Səudiyyə Ərəbistanı neftin qiymətləri ilə oynamadığını bəyan edib

Bakı. 20 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı neft qiymətlərinin manipulyasiyası ilə məşğul olmur və İranla münaqişə səbəbindən onu qiymətdən salmağa çalışmır.

"Report" xəbər verir ki, bu barədə CNN-ə Krallığın xarici işlər naziri Adil əl-Cubeyr bildirib.

Yanvarın 17-də Səudiyyənin neft naziri Əli ən-Nuəymi bəyan edib ki, "qara qızıl"ın qiyməti gələcəkdə artacaq və karbohidrogen hasil edən ölkələr arasında əməkdaşlıq sayəsində dünya bazarında vəziyyət stabilləşəcək.

Son xəbərlər

Orphus sistemi