Səudiyyə Ərəbistanı kralının müşaviri və kəşfiyyat xidməti rəhbərinin müavini vəzifəsindən kənarlaşdırılıb

Səudiyyə Ərəbistanı kralının müşaviri və kəşfiyyat xidməti rəhbərinin müavini vəzifəsindən kənarlaşdırılıb Bakı. 20 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənin Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsirini vəzifəsindən azad edib.
Digər ölkələr
20 Oktyabr , 2018 04:57
Səudiyyə Ərəbistanı kralının müşaviri və kəşfiyyat xidməti rəhbərinin müavini vəzifəsindən kənarlaşdırılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənin Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd Əsirini vəzifəsindən azad edib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə xəbər agentliyi məlumat yayıb.

Agentliyin digər məlumatına görə, kral müşaviri Səud ibn Abdulla əl-Kaxtanini də vəzifəsindən kənarlaşdırıb.

Bundan əvvəl Krallığın baş prokuroru yerli jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

Son xəbərlər

Orphus sistemi