Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səud tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı bildirib.
Agentliyin məlumatına görə, krala öd kisəsi iltihabı diaqnoz qoyulub. Salman ben Adbel Əiz əl-Səudun 84 yaşı var.
Xatırladaq ki, o, qardaşı Abdullanın ölümündən sonra kral olub.
Ötən il KİV kralın insult və onurğasında ağır əməliyyatı keçirdiyini xəbər verib.