Səudiyyə Ərəbistanı kralı varisini dəyişib

Səudiyyə Ərəbistanı kralı varisini dəyişib Varis şahzadə əvvəlki kimi krallığın müdafiə naziri vəzifəsini də icra edəcək
Digər ölkələr
21 İyun , 2017 09:19
Səudiyyə Ərəbistanı kralı varisini dəyişib

Bakı. 21 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səud varis şahzadəni dəyişib.

“Report” “France Press”ə istinadən xəbər verir ki, Məhəmməd bin-Naif əl-Səudun yerinə 31 yaşlı şahzadə, kralın oğlu Məhəmməd bin Salman əl-Səud təyin edilib.

İnformasiyaya əsasən, şahzadə Məhəmməd bin-Salman əl-Səud həm də baş nazirin birinci müavini təyin olunub. Varis şahzadə əvvəlki kimi krallığın müdafiə naziri vəzifəsini də icra edəcək.

Kralın fərmanına əsasən, Məhəmməd bin-Naif əl-Səud yalnız varis titulundan məhrum edilməyib. O, həm də baş nazirin birinci müavini və daxili işlər naziri vəzifələrindən də azad olunub.

Qeyd edək ki, martın 14-də Səudiyyə Ərəbistanı kralının varisi, müdaifə naziri şahzadə Məhəmməd bin-Salman əl-Səud ABŞ prezidenti Donald Trampla görüşüb. O, ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirib, ikitərəfli münasibətlərə, eləcə də bölgədəki vəziyyətə dair məsələləri müzakirə edib.

Xatırladaq ki, krallığın Sədaqət Şurasının 34 üzvündən 31-i Məhəmməd bin-Salmana səs verib. Kralı Salmanın yürütdüyü siyasətin arxasında varis şahzadənin durduğu deyilir. O, Yəməndəki müharibənin başlamasının təşəbbüsçüsü, Qətərə qarşı embarqonun memarı, iqtisadi sahədə islahatçı sayılır. Eyni zamanda yeni varisin ABŞ-ın Birləşmiş Ərəb Əmirliyindəki səfir ilə dost olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi