BAKI. 23 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Əl Səud dünyasını dəyişib.
"Report" RBK agentliyinə istinadən xəbər verir ki, 91 yaşlı Abdullah bin Əbdüləziz Əl Səud uzun müddətdir pnevmoniya daxil olmaqla müxtəlif xəstəliklərdən müalicə olunurdu.
Yeni kralın adı isə artıq məlumdur. Bu 76 yaşlı şahzadə Salman ibn Əbdül Əzizdir.