Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanı kralı nazirlərin maaşlarını kəsib

    Hakimiyyət məmurların mənzil, mebel və şəxsi nəqliyyat xərclərini azaldacaq

    Bakı. 27 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əs-Səud sərt qənaət tədbirləri çərçivəsində dövlət qulluqçularının əmək haqlarını azaldıb, eləcə də, nazirlərin maaşlarını 20 faiz kəsib.

    "Report" xəbər verir ki, bu barədə bazar ertəsi Qərb mətbuatı yazıb.

    Bundan əlavə, kralın fərmanına əsasən, Krallığın qanunverici orqanı sayılan Məclis əş-Şuranın 160 nəfərlik tərkibi 15 faiz azaldılacaq. Səudiyyə hakimiyyəti, xüsusilə məmurlar üçün sərf olunan mənzil, mebel və şəxsi nəqliyyat xərclərini azaldacaq.

    Ər-Riyad görüləcək bu tədbirlər nəticəsində nə qədər pula qənaət olunacağını açıqlamayıb.

    KİV-in məlumatına görə, 2014-cü ildən başlayaraq neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində Krallığın büdcə kəsiri rekord həddə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi