Səudiyyə Ərəbistanı Kanadada bütün tibbi proqramlarını dayandırır

Səudiyyə Ərəbistanı Kanadada bütün tibbi proqramlarını dayandırır Bakı. 8 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Kanadada bütün tibbi layihələrini dayandırır, həmçinin öz xəstələrini digər ölkələrə yollamasına başlıyıb.
Digər ölkələr
8 Avqust , 2018 07:34
Səudiyyə Ərəbistanı Kanadada bütün tibbi proqramlarını dayandırır

Bakı. 8 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Kanadada bütün tibbi layihələrini dayandırır, həmçinin öz xəstələrini digər ölkələrə yollamasına başlıyıb.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının səhiyyə nazirliyinin nümayəndəsi Fəhd bin İbrahim Əl-Tamimi açıqlama verib.

Bildirilir ki, Ər-Riyad, Kanadada müalicəyə gedən səudiyyə vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır.

Avqust 6-da Səudiyyə Ərəbistanın XİN-i Kanadanın səfirinə persona non qrata elan edib, həmçinin Ottavadan öz səfirini geri çağırıb.

Eyni zamanda,  krallıq elan edib ki, Kanada tərəfi ilə bütün yeni ticarət və investisiya qoyuluşunu dondurur.

Kanadanın xarici işlər Nazirliyi də baş vermiş hadisə ilə bağlı izahat tələb edib.

Son xəbərlər

Orphus sistemi