Səudiyyə Ərəbistanı Kanada ilə ticarət tranzaksiyalarını dondurub

Səudiyyə Ərəbistanı Kanada ilə ticarət tranzaksiyalarını dondurub Bakı. 6 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) Kanada ilə bütün yeni ticarət və investisiya tranzaksiyalarının dondurulduğunu bəyan edib və bununla bağlı gələcək addımların atılması hüququnu özündə saxlayıb.
Digər ölkələr
6 Avqust , 2018 07:55
Səudiyyə Ərəbistanı Kanada ilə ticarət tranzaksiyalarını dondurub

Bakı. 6 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) Kanada ilə bütün yeni ticarət və investisiya tranzaksiyalarının dondurulduğunu bəyan edib və bununla bağlı gələcək addımların atılması hüququnu özündə saxlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı yazıb.

Ölkə XİN-i məsləhətləşmələrin aparılması üçün Ottavadakı səfirini geri çağırıb və Kanadanın Ər-Riyaddakı diplomatını "arzuolunmaz şəxs" elan edərək, onun ölkəni tərk etməsinə 24 saat vaxt verib.

İki ölkə arasında münasibətlər Ottavanın Krallıqda saxlanılmış mülki fəalların azad olunmasına çağırış etməsindən sonra gərginləşib.

Avqustun 3-də Kanada XİN-i Krallıqda mülki fəalların saxlanılması ilə bağlı narahatlığını ifadə edib və Səudiyyə Ərəbistanını onları dərhal azad etməyə çağırıb.

Krallıq XİN-i Kanadanın mövqeyini Səudiyyənin daxili işlərinə müdaxilə etmək və beynəlxalq hüququn əsaslarına zidd addım kimi qiymətləndirib.

Kanada Xarici İşlər Nazirliyi hələ ki, baş verənlərə münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi