Bakı. 24 fevral. REPORT.AZ/ Şahzadə Rima bint Bəndər bin Sultan ibn Əbdül Əziz əl Səud Səudiyyə Ərəbistanının ABŞ-da birinci qadın səfiri təyin olunub.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xəbərlər agentliyi SPA bildirib.
Qeyd edilir ki, şahzadə Səudiyyənin 22 il boyunca Vaşinqtondakı diplomatik missiyasına başçılıq etmiş Bəndərin qızıdır.
Şahzadə Rima ABŞ-da təhsil alıb. O, 2014-cü ildə "Forbes"in versiyasına görə, 200 nüfuzlu qadın siyahısına düşüb.
Qadın özünün
Daha əvvəl bildirilib ki, Səudiyyə Ərəbistanında 40 mindən çox qadın onlara avtomobil sürməyə icazə verən Krallıq qanununun qüvvəyə minməsindən sonra sürücülük vəsiqəsi alıb.