Bakı. 4 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Baş Mülki Aviasiya İdarəsi İrana və İrandan bütün reyslərin dayandırıldığını elan edib.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Səudiyyənin SPA milli agentliyi məlumat yayıb.
İdarədən qeyd olunub ki, aviaşirkətlər lazımi tədbirlər görəcək və əvvəlcədən bilet sifariş edən və ödəniş aparan sərnişinlərə dəymiş ziyanın əvəzini ödəyəcək.
Bundan əvvəl Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edərək Tehrandakı diplomatlarının təxliyəsinə başlayıb.
İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
Dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.