Səudiyyə Ərəbistanı hərbçiləri İranın balıqçı gəmilərini atəşə tutub, 1 nəfər ölüb

Səudiyyə Ərəbistanı hərbçiləri İranın balıqçı gəmilərini atəşə tutub, 1 nəfər ölüb Silahlı insident Fars körfəzində baş verib
Digər ölkələr
18 İyun , 2017 01:40
Səudiyyə Ərəbistanı hərbçiləri İranın balıqçı gəmilərini atəşə tutub, 1 nəfər ölüb
Courtesy İmage

Bakı. 18 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Sahil Mühafizə Xidmətinin əməkdaşları Fars körfəzində İranın balıqçı qayıqlarına atəş açıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, silahlı insident nəticəsində 1 nəfər ölüb.

Məlumata görə, iki balıqçı qayığı dalğaların yüksək olması səbəbindən yolundan çıxıb. Səudiyyə Ərəbistanı hərbçiləri gəmilərin sərhədi keçib-keçmədiyini müəyyən etməmiş onlara atəş açıblar.

İran tərəfi Səudiyyə tərəfinin hərəkətlərini yolverilməz adlandırıb. Tehran hazırda qayıqların sərhədi keçib-keçmədiklərini dəqiqləşdirir.

Son xəbərlər

Orphus sistemi