Yuxarı
    Bağlamaq

    ​Səudiyyə Ərəbistanı gənc fələstinli yazıçı barəsində ölüm hökmü çıxarıb

    Qərara görə, kafirlikdə ittiham olunan şairin boynu vurulacaq

    Bakı. 21 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı məhkəməsi artist və şair Əşrəf Fəyyad barəsində İslamdan döndüyünə görə ölüm hökmü çıxarıb.

    "Report" xəbər verir ki, bu barədə "Human Rights Watch"un hüquq müdafiəçilərinə istinadən BBC məlumat yayıb.

    Hüquq müdafiəçilərinin əlinə keçən sənəddən məlum olur ki, əslən fələstinli olan şair "kafirlik"də ittiham olunaraq boynu vurulmağa məhkum edilib.

    Əşrəf Fəyyad 2013-cü ildə ölkənin dini polisi tərəfindən saxlanılıb. 2014-cü ildə onun barəsində 4 il müddətinə həbs qərarı və 800 şallaq zərbəsi hökmü çıxarılıb.

    Şair şəxsiyyətinə ünvanlanan ittihamları rədd edib və bildirib ki, özünü mömin müsəlman hesab edir.

    Hökm 35 yaşlı şairin guya Allah, Məhəmməd peyğəmbər (s.a.a.s) və Səudiyyə Ərəbistanını lənətlədiyinə dair şahid ifadələrinə əsaslanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi