Yuxarı

Səudiyyə Ərəbistanı Ebola virusu səbəbiylə Qvineyadaki səfirliyini bağlayıb

Ebola virusu artıq 8 mindən çox insanın həyatina son qoyub

Bakı. 9 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Ebola virusunun yayıldığı Qvineya Respublikasında səfirliyini müvəqqəti olaraq bağlayıb.

"Report" TRT-yə istinadla xəbər verir ki, Ebola epidemiyası nəzarət altına alınana qədər diplomatik missiyanın bütün əməkdaşları bu Afrika ölkəsindən çıxarılıb.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının son açıqlamasına əsasən Ebola epidemiyanın davam etdiyi Liberiya, Qvineya və Sierra Leonda 8 mindən artıq insan bu virusa yoluxaraq dünyasını dəyişib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi