​Səudiyyə Ərəbistanı da Yəməndəki səfirliyini bağlayıb

​Səudiyyə Ərəbistanı da Yəməndəki səfirliyini bağlayıb Ər-Riyad bunu ölkədə siyasi vəziyyətin pisləşməsi ilə izah edib
Digər ölkələr
13 Fevral , 2015 21:51
​Səudiyyə Ərəbistanı da Yəməndəki səfirliyini bağlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı husilərin dövlət çevrilişindən sonra səfirliklərini bağlayan və diplomatlarını çıxaran Qərb ölkələrinin ardından Yəməndəki diplomatik heyətini təxliyə edib.

"Report" xəbər verir ki, Ər-Riyad səfirliyin təxliyə edilməsini paytaxt Sənada siyasi vəziyyətin pisləşməsi və ümumi stabilliyin pozulması ilə izah dib.

Şiələrin dövlət çevrilişindən sonra ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Yəməndəki səfirliyini bağlayıb.

Son xəbərlər

Orphus sistemi