Səudiyyə Ərəbistanı “Al-Jazzera”nin krallığın mehmanxanalarına girişini də qadağan edib

Səudiyyə Ərəbistanı “Al-Jazzera”nin krallığın mehmanxanalarına girişini də qadağan edib Qərarı pozan sahibkarlar və turist obyektlərinin əməkdaşları 26 min dollar məbləğində cərimə olunacaq
Digər ölkələr
9 İyun , 2017 20:46
Səudiyyə Ərəbistanı “Al-Jazzera”nin krallığın mehmanxanalarına girişini də qadağan edib

Bakı. 9 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hakimiyyəti Qətərdə yerləşən “Al-Jazeera” peyk telekenalına ölkənin mehmanxanalarına girişi qadağan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Turizm və Milli İrs üzrə Baş İdarəsindən bildirilib.

Qeyd olunub ki, qərarı pozan sahibkarlar və turist obyektlərinin əməkdaşları 26 min dollar məbləğində cərimə ediləcək, lisenziyaları ləğv olunacaq. Telekanalın siyasəti “dini, mənəvi dəyərləri təhqir etdiyi” üçün bir sıra telekanalların buraxıldığı turist obyektləri siyahısından çıxarılıb.

“Al-Jazzera”nın baş direktoru səlahiyyətini icra edən Mustafa Suaq “Reuters”ə açıqlamasında telekanalın ünvanına irəli sürülən ittihamları rədd edərək redaksiyanın siyasətinin dəyişməyəcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi