Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanı ABŞ və Avropa İttifaqı dövlətlərinə neft ixracını azaldır

    Bu, Asiya ölkələrindən olan müştərilərə demək olar ki, şamil edilməyəcək

    Bakı. 10 dekabr. REPORT.AZ/ Neft ixrac edən ölkələr Təşkilatının (OPEC) qərarına əsasən, Səudiyyə Ərəbistanı 2017-ci ilin yanvarından ABŞ və Avropa İttifaqı ölkələrinə neft tədarükünü azaldır.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı həmin ölkələrdən olan müştərilərini xəbərdar edib.

    İnformasiyaya əsasən, bu, Asiya ölkələrindən olan müştərilərə demək olar ki, şamil edilməyəcək.

    Qeyd edək ki, OPEC-ə üzv dövlətlər sutkalıq neft hasilatını 1,2 milyon barel, üzv olmayanlar isə 600 min barel azlatmaq haqda razılığa gəliblər.

    Yaxın günlər təşkilata üzv və neft ixrac edən başqa dövlətlərin iştirakı ilə sammitin keçirilməsi planlaşdırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi