Səudiyyə Ərəbistanı 2015-ci il büdcəsinə neftin 80 dollar/barel qiymətini təyin edib

Səudiyyə Ərəbistanı 2015-ci il büdcəsinə neftin 80 dollar/barel qiymətini təyin edib Gəlirlərinin 89%-nin neftən asılı olan 2014-cü il büdcəsinə 103 dollar/barel qiyməti qoyulub
Digər ölkələr
26 Dekabr , 2014 12:22
Səudiyyə Ərəbistanı 2015-ci il büdcəsinə neftin 80 dollar/barel qiymətini təyin edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hökuməti bir gün əvvəl qəbul edilmiş 2015-ci il büdcəsinə neftin 80 dollar/barel qiymətini təyin edib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd olunur ki, gəlirlərinin 89%-nin neftən asılı olan 2014-cü il büdcəsinə 103 dollar/barel qiyməti qoyulub.

Londonda "Brent" markalı neftə fyuçerslərin qiyməti 60,50 ABŞ dollarına qədər yüksəlib. Nyu-Yorkda "WTI" markalı neftə fyuçerslərin qiyməti isə 56,12 dollara qədər yüksəlib.

Bir müddət əvvəl bildirilib ki, Səudiyyə Ərəbistanı gələn il üçün 38,6 mlrd. dollar rekord defisitlə dövlət büdcəsini qəbul edib. Defisit neftin qiymətinin ucuzlaşmasından irəli gəlir.

Son xəbərlər

Orphus sistemi