Səudiyyə Ərəbistanında kralı mədh edən köşə yazarı işdən çıxarılıb

Səudiyyə Ərəbistanında kralı mədh edən köşə yazarı işdən çıxarılıb O, kralın istəyi ilə cəzalandırılıb
Digər ölkələr
3 İyul , 2017 11:28
Səudiyyə Ərəbistanında kralı mədh edən köşə yazarı işdən çıxarılıb
BBC.com

Bakı. 3 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanında çıxan “Əl-Cəzirə” qəzetinin köşə yazarı kral Salmanı yalnız Allaha xas ifadələrlə təriflədiyindən müvəqqəti olaraq, işdən azad edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, jurnalist kralın istəyi ilə cəzalandırılıb.

İnformasiyaya əsasən, jurnalist kralı Allahın 99 adından 22-cisi “əl-Həlim” (xoşrəftar) və “şadid əl-ikab” (şiddətli cəza verən) yazaraq, mədh edib.

Düzdür “şadid əl-ikab” Allah sifətlərindən sayılmasa da, bu ifadə ənənəvi Allahsızlığı təsvir edən epitetlərdən sayılar. Krallıq qaydalarına əsasən, hər iki ifadənin insanlara aid edilməsi arzuedilən deyil.

“Əl-Cəzirə” qəzetinin məşhur “Al-Jazeera” holdinqi ilə heç bir əlaqəsi yoxdur. 

Son xəbərlər

Orphus sistemi