Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xüsusi xidmət orqanları Yeni Delhidə internetdən terror, separatçı və ekstremist məqsədlər üçün istifadəyə qarşı mübarizə məqsədilə kiber təlimlər keçirib.
“Report” xəbər verir ki, bu barədə ŞƏT-in Regional Antiterror Strukturunun mətbuat xidməti məlumat yayıb.
“Yeni Delhidə ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli orqanları internetdən terror, separatçı və ekstremist məqsədlər üçün istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması məqsədilə birgə antiterror təlimi keçirib”, - bildirilib.
Məlumata görə, təlimlərin məqsədi təşkilata üzv dövlətlərin kritik informasiya infrastrukturuna kiberhücumlar zamanı ŞƏT ölkələrinin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyəti artırmaqdır.