ABŞ Konqresinin Nümayəndələr Palatası Trampa ölkəni NATO-dan çıxarmağı qadağan edib

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampa ölkəni NATO-dan çıxarmağı qadağan edib Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib.
Digər ölkələr
23 Yanvar , 2019 08:47
ABŞ Konqresinin Nümayəndələr Palatası Trampa ölkəni NATO-dan çıxarmağı qadağan edib

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, səsvermə prosesi zamanı 357 nəfər qanun layihəsinin lehinə səs verib. 

Konqresmenlərdən 22-i sənədin əleyhinə çıxıb. Qanun dövlət başçısına Birləşmiş Ştatları Şimali Atlantika Alyansından çıxarmağı qadağan edir. Səsvermənin nəticələri Konqresin saytında dərc edilib.

Sənədin müəllifi, demokrat konqresmen Cim Panetta qeyd edib ki, "NATO-ya dəstək haqqında" qanun layihəsi prezidentə bu addıma görə büdcə vasitələrindən istifadəni qadağan edir.

Daha əvvəl Donald Tramp "Ən pis aktyor" nominasiyasına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi