Yuxarı

​Şərqi Afrikada daşqınlar 48 nəfərin ölümünə səbəb olub

23 min yerli sakin öz evini tərk etmək məcburiyyətində qalıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Şərqi Afrikada yerləşən Malavi Respublikasında ən azı 48 nəfər daşqınların qurbanı olub. Daha 23 min yerli sakin təbii fəlakət səbəbindən öz evini tərk etmək məcburiyyətində qalıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Malavi prezidenti Piter Mutarika ölkənin 28 dairəsindən 10-nu təbii fəlakət zonası elan edib.

Ölənlərin əksəriyyəti Malavinin cənubunda yerləşən Manqoçi dairəsindəki kəndlərin sakinləri olub. Məlumata görə, regionda leysan yağışlar dekabr ayından davam edir.

Ölkənin cənub və qərb hissələrində yollara ciddi ziyan dəyib, dəmir yolu əlaqəsi kəsilib, onlarla ev dağılıb.

Pis hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi