Sərnişinin İŞİD şüarları səsləndirməsi təyyarənin təcili eniş etməsiylə nəticələnib

Sərnişinin İŞİD şüarları səsləndirməsi təyyarənin təcili eniş etməsiylə nəticələnib Təyyarə Dubay-Koçi marşrutu üzrə uçuş həyata keçirirdi
Digər ölkələr
28 İyul , 2016 11:16
Sərnişinin İŞİD şüarları səsləndirməsi təyyarənin təcili eniş etməsiylə nəticələnib

Bakı. 28 iyul. REPORT.AZ/ "Indigo Airlines" aviaşirkətinə məxsus təyyarə Hindistanda Mumbay aeroportuna təcili eniş etməli olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb təyyarədəki sərnişinlərdən birinin hava gəmisi yola düşdükdən sonra İŞİD şüarları səsləndirməsi olub.

İŞİD şüarları səsləndirən sərnişin aqressiya əlamətləri göstərməyə başlayan zaman göyərtədəki digər sərnişinlər onu sakitləşdirib.

Təyyarə Dubay-Koçi marşrutu üzrə uçuş həyata keçirirdi.

Son xəbərlər

Orphus sistemi