“Sərhədsiz Həkimlər”in Malidə qaçırılan əməkdaşı sərbəst buraxılıb

“Sərhədsiz Həkimlər”in Malidə qaçırılan əməkdaşı sərbəst buraxılıb Malinin şimalında “Sərhədsiz Həkimlər” beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) oğurlanan əməkdaşı sərbəst buraxılıb.
Digər ölkələr
24 Dekabr , 2022 06:52
“Sərhədsiz Həkimlər”in Malidə qaçırılan əməkdaşı sərbəst buraxılıb

Malinin şimalında “Sərhədsiz Həkimlər” beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) oğurlanan əməkdaşı sərbəst buraxılıb.

“Report” xəbər verir ki, bu barədə şənbə günü axşam “Agence France-Presse” (AFP) məlumat yayıb.

Qao əyalətinin polisi agentliyə bildirib ki, “Sərhədsiz Həkimlər”in əməkdaşı dünən - 23 dekabrda yerli vaxtla saat 8:00 radələrində sərbəst buraxılıb. Təşkilat özü işçinin azad olunduğunu təsdiqləyib. Onun Bamakoya humanitar təyyarə ilə aparıldığı qeyd edilir.

Təşkilat üzvünün hansı şəraitdə sərbəst buraxılması və qaçıranlar barədə məlumat verilmir.

Agentlik bildirib ki, təşkilatın burkinalı əməkdaşı dekabrın 19-da Qao əyalətinin bir rayonunda silahlı şəxslər tərəfindən oğurlanıb. Mali polisi onun QHT-lər üçün daşındığını söyləyib.

Son xəbərlər

Orphus sistemi