Sergey Skripalın anasının səhhətində problem yaranıb

Sergey Skripalın anasının səhhətində problem yaranıb Bakı. 24 aprel. REPORT.AZ/ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın anasının səhhətində problem yaranıb.
Digər ölkələr
24 Aprel , 2018 23:38
Sergey Skripalın anasının səhhətində problem yaranıb

Bakı. 24 aprel. REPORT.AZ/ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın anasının səhhətində problem yaranıb.

"Report" "Baltkom"a istinadən xəbər verir ki, bu barədə qadının nəvəsi Viktoriya Skripal bildirib.

O, qeyd edib ki, xəstəyə tibbi yardım göstərmək üçün təcili yardım çağırılıb. V.Skripalın sözlərinə görə, 3 gündür ki, 90 yaşlı qadının ürəyində sancılar yaranıb.

Qadının ürəyi sabah kardioqram ediləcək. "90 yaş – insan 90 yaşda özünü necə hiss edə bilər?", - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Britaniyada, Solsberidə zəhərləniblər.

Son xəbərlər

Orphus sistemi