Sergey Narışkin: Rusiya 1814-cü ildə Britaniya və Prussiyaya Fransanı parçalamağa imkan verməyib

Sergey Narışkin: Rusiya 1814-cü ildə Britaniya və Prussiyaya Fransanı parçalamağa imkan verməyib Rusiya 1814-cü ildə Fransanı böyük dövlət kimi qoruyub saxlayıb, Böyük Britaniya və Prussiyanın müharibədən sonra bu ölkəni parçalanmasının qarşısını alıb və bununla da Avropada qüvvələr balansının pozulmasına imkan verməyib.
Digər ölkələr
8 aprel 2024 10:31
Sergey Narışkin: Rusiya 1814-cü ildə Britaniya və Prussiyaya Fransanı parçalamağa imkan verməyib

Rusiya 1814-cü ildə Fransanı böyük dövlət kimi qoruyub saxlayıb, Böyük Britaniya və Prussiyanın müharibədən sonra bu ölkənin parçalanmasının qarşısını alıb və bununla da Avropada qüvvələr balansının pozulmasına imkan verməyib.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin deyib.

“Fransanı bir neçə yerə parçalamaqda israrlı olan müttəfiqlərinə, ilk növbədə Böyük Britaniya və Prussiyaya qarşı çıxan Rusiya məğlub olan Fransanın alçaldılmasına imkan verməyib, çünki bu, qüvvələr balansını poza bilərdi. Beləliklə, Rusiya Fransanı “böyük” Avropa dövləti kimi saxladı”, - o qeyd edib.

1814-cü ildə Parisin tutulması VI Koalisiyaya daxil olan ölkələrin (Rusiya, Prussiya, Avstriya və s.) Fransaya qarşı müharibəsinin son mərhələsi idi və bundan sonra Napoleon Bonapart taxtdan əl çəkib.

Son xəbərlər

Orphus sistemi