Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə görüşə bilər.
“Report” xəbər verir ki, bunu S.Narışkin TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələri davam etdirməyə ehtiyac var.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, son vaxtlar MKİ-nin direktoru ilə ünsiyyəti olmayıb: “Bununla belə, bizim kifayət qədər normal münasibətlərimiz var. Mənə elə gəlir ki, təmasların qorunmasına ehtiyac mövcuddur”.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2022-ci il noyabrın 14-də Ankarada Türkiyə Milli Kəşfiyyat Təşkilatının qərargahında görüşüblər.