Bakı. 15 sentyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson Suriyadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat verir.
"Xarici siyasət qurumlarının rəhbərləri deeskalasiya zonalarının davamlı fəaliyyət göstərməsi şərti ilə Suriya münaqişəsinin həlli üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər", - Rusiya XİN-in məlumatında deyilir.
Qeyd edilib ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.