Sergey Lavrov və Con Kerri Cenevrədə Suriya məsələsini müzakirə edəcək

Sergey Lavrov və Con Kerri Cenevrədə Suriya məsələsini müzakirə edəcək Bu barədə Rusiya XİN-nin məlumatında deyilir
Digər ölkələr
7 Sentyabr , 2016 20:47
Sergey Lavrov və Con Kerri Cenevrədə Suriya məsələsini müzakirə edəcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Sentyabrın 8 və 9-da Cenevrədə şəxsi görüş çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya məsələsinin müzakirələrini davam etdirəcəklər.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı  Rusiya XİN-i yayıb.  

"Sentyabrın 7-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada fəaliyyət göstərən terrorçu qruplarla birgə mübarizə və digər məsələlərə toxunublar. S.Lavrov və C.Kerrinin sentyabrın 8 və 9-na nəzərdə tutulan şəxsi görüşü zamanı müzakirələrin davam etdirilməsi qərara alınıb", - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi