Sergey Lavrov pakistanlı həmkarına Qərbdən şikayət edib

Sergey Lavrov pakistanlı həmkarına Qərbdən şikayət edib Rusiyanın xarici işlər naziri Sergey Lavrov pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşüb.
Digər ölkələr
30 Mart , 2022 14:04
Sergey Lavrov pakistanlı həmkarına Qərbdən şikayət edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfəri çərçivəsində pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, S.Lavrov Qərbin Ukrayna ilə bağlı planlarından danışıb: “Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə cəhd edənlər indi onu Ukrayna ilə əvəz etməyə çalışırlar”.

Qeyd edək ki, S.Lavrov Çinin Tunsi şəhərində işgüzar səfərdədir. O, martın 31-də Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin üçüncü konfransında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi