Sergey Lavrov: "ABŞ-ın siyasəti ÜTT-nin gələcəyi üçün təhlükə yaradır"

Sergey Lavrov: "ABŞ-ın siyasəti ÜTT-nin gələcəyi üçün təhlükə yaradır" Bakı. 3 sentyabr. REPORT.AZ / ABŞ-ın hər kəsi və hər şeyi təftişə məruz qoymaq cəhdləri Dünya Ticarət Təşkilatının (ÜTT) gələcəyi üçün təhlükə törədir.
Digər ölkələr
3 Sentyabr , 2018 13:55
Sergey Lavrov: ABŞ-ın siyasəti ÜTT-nin gələcəyi üçün təhlükə yaradır

Bakı. 3 sentyabr. REPORT.AZ / "ABŞ-ın hər kəsi və hər şeyi təftişə məruz qoymaq cəhdləri Dünya Ticarət Təşkilatının (ÜTT) gələcəyi üçün təhlükə törədir". 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“ABŞ-ın başçılıq etdiyi məhdud bir qrup ölkələr var ki, dialoq istəmir və diplomatiya əvəzinə ultimatum, hədə-qorxu, bir sözlə, təzyiq göstərməyə üstünlük verir. Biz bunu hər gün görürük. İranın nüvə proqramına dair müştərək əhatəli tədbirlər planından, Paris İqlim Sazişindən, Şimali Amerika Azad Ticarət Zonasına dair sazişdən tutmuş hər şeyi təftiş etməyə çalışırlar, amma hələlik sonadək bacarmayıblar. Artiq ABŞ-ın açıq-aşkar surətdə ədalətsiz, köhnəlmiş və s. dedikləri ÜTT-nin gələcəyi ilə bağlı təhlükəni tam ciddiyyətlə qarşımıza çıxarır”, - XİN başçısı deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqtonun hazırda istifadə etdiyi üsullara "total hökmranlığa yönələn cəhdlər”dan başqa ad vermək olmur.

"Bir az o yan-bu yan olan kimi, diplomatiya dərhal qırağa qoyulur, sanksiyalara əl atılır, özü də Amerikanın qanunları bütün dünyaya şamil edilir. Birtərəfli qanunsuz təzyiq üsullarının sərhədləri aşması inkişafda olan ölkələrdən tutmuş, elə ABŞ-ın bilavasitə Qərb müttəfiqlərinə qədər bir çox dünya ölkələri üçün böyük bir problemə çevrilir”, - S.Lavrov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi