Serbiyanın Liviyadakı səfiri avtoqəzadan sonra xəstəxanada vəfat edib

Serbiyanın Liviyadakı səfiri avtoqəzadan sonra xəstəxanada vəfat edib Oliver Potejitsanın avtomobili naməlum səbəblərdən yoldan kənara çıxaraq qəzaya uğrayıb
Digər ölkələr
10 May , 2017 17:40
Serbiyanın Liviyadakı səfiri avtoqəzadan sonra xəstəxanada vəfat edib

Bakı. 10 may. REPORT.AZ/ Serbiyanın Liviyadakı səfiri Oliver Potejitsa Tunisdə baş verən avtomobil qəzasında aldığı ciddi zədələr nəticəsində vəfat edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyindən bildirilib.

Daha əvvəl O.Potejitsanı Sussedəki xəstəxanada Serbiya XİN-in baş katibi Velko Odaloviç ziyarət edib. Səfir diplomatik missiyanın Tripoli lazımi qaydada fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə Tunisdə işgüzar səfərdə olub.

"Vecerne novosti" qəzetinin yazdığına görə, qəza bir neçə gün əvvəl baş verib. İçərisində yalnız səfirin olduğu avtomobil naməlum səbəblərdən yoldan kənara çıxaraq qəzaya uğrayıb.

Qeyd edək ki, daha əvvəl Oliver Potejitsaya hücum həyata keçirilib. Belə ki, 2015-ci ilin noyabr ayında Liviyada naməlum şəxslər yol qəzası təqlidi edərək üç avtomobildən ibarət maşın karvanına hücum edib. Onlar Serbiya səfirliyinin iki əməkdaşını qaçırıb. Keçən ilin fevral ayında isə qaçırılanlar əsirlikdə ikən ABŞ Hərbi Hava Qüvvələrinin Liviyanın Sabrata şəhərinə aviazərbələr endirməsi nəticəsində ölüblər.

Son xəbərlər

Orphus sistemi