Serbiyada hökumət üzvü koronavirusdan öldü

Serbiyada hökumət üzvü koronavirusdan öldü Serbiyanın Ətraf Mühit Nazirliyinin 63 yaşlı dövlət katibi (nazir müavini) Branislav Blajiç koronavirusdan ölüb.
Digər ölkələr
421
1 Aprel , 2020 17:53
Serbiyada hökumət üzvü koronavirusdan öldü

Serbiyanın Ətraf Mühit Nazirliyinin 63 yaşlı dövlət katibi (nazir müavini) Branislav Blajiç koronavirusdan ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, Blajiç infeksiyaya yoluxub və Belqradda müalicə olunduğu xəstəxanada ölüb.

Qeyd edək ki, son sutkada Serbiyada koronavirusa yoluxanların sayı 115 nəfər artaraq 900-ə çatıb. Ölkə üzrə infeksiyadan ölənlərin sayı isə 23 nəfər olub. Serbiya Səhiyyə Nazirliyinin nümayəndəsi martın 31-də xəbərdarlıq edib ki, ölkədə vəziyyət İtaliya və İspaniya ssenarisinə yaxınlaşır.

Son xəbərlər

Orphus sistemi