Serbiyadan Macarıstana 4 min miqrant keçib

Serbiyadan Macarıstana 4 min miqrant keçib Macarıstan, miqrantlarla davranışına görə tənqidlərə məruz qalıb
Digər ölkələr
13 Sentyabr , 2015 18:10
Serbiyadan Macarıstana 4 min miqrant keçib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Serbiyadan Macarıstana keçən miqrantların sayı şənbə günü rekord həddə çatıb. Şərqi Avropada böhranla bağlı gərginlik davam edir. "Report" BBC-yə istinadən xəbər verir ki, rəsmilərin sərhədi bağlamağa hazırlaşdığı ərəfədə 4000-dən çox insan sərhədi keçməyə imkan tapıb.

Avropa, əsasən Suriyadakı zorakılıq və yoxsulluqdan qaçmış miqrant axınının öhdəsindən gəlməyə çətinlik çəkir.

Macarıstan, miqrantlarla davranışına görə tənqidlərə məruz qalıb.

Rəsmilər təxmin edir ki, bu il ərzində 175 min miqrant Serbiyadan Macarıstana keçib.

Macarıstan baş naziri Viktor Orban ölkənin sərhədlərini qapadacağına və qeyri-leqal miqrantları həbs edəcəyinə söz verib. Ölkə, Serbiya ilə sərhəddə 4 metr hündürlüyündə hasarı bitirmək üzrədir.

4000-dən çox Macarıstan əsgəri də polisə kömək etmək üçün bölgəyə gətirilib.

Son xəbərlər

Orphus sistemi