Bakı. 21 dekabr. REPORT.AZ/ Serbiyanın cənubundakı Niş şəhəri yaxınlığında dəmir yolu keçidində qatarın sərnişin avtobusuna çırpılması nəticəsində 3 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb.
“Report” ölkənin dövlət telekanalına istinadən xəbər verir ki, hadisə yerinə polis və tibb işçiləri cəlb edilib, araşdırma aparılır.