Serbiyada miqrantları daşıyan mikroavtobus aşıb, ölən və yaralananlar var

Serbiyada miqrantları daşıyan mikroavtobus aşıb, ölən və yaralananlar var Serbiyanın cənub-şərqində qanunsuz miqrantların olduğu mikroavtobus aşıb.
Digər ölkələr
14 Noyabr , 2021 16:48
Serbiyada miqrantları daşıyan mikroavtobus aşıb, ölən və yaralananlar var

Serbiyanın cənub-şərqində qanunsuz miqrantların olduğu mikroavtobus aşıb.

“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə ölkənin milli televiziyası həkimlərə istinadən xəbər verib.

Məlumata görə, hadisə ölkənin cənub-şərqində, Bolqarıstanla sərhədə yaxın Pirot şəhəri yaxınlığındakı Radin-Do qəsəbəsi yaxınlığında olub. Miqrantların olduğu mikroavtobus yüksək sürətlə dəmir yolu keçidindən keçib, sonra magistral yolda bir neçə dəfə çevrilərək aşıb.

Qəza zamanı 2 nəfər həlak olub, daha 20 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi