Serbiyada könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

Serbiyada könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək Serbiyanın Müdafiə Nazirliyi ölkədəki gəncləri könüllü hərbi xidmətə çağırıb. “Report” xəbər verir ki, ölkədə 19-30 yaş arası gənclərin 6 ay müddətində könüllü olaraq hərbi xidmətə dəvət edildiyi açıqlanıb. Bildirilib ki, könüllü hərbi xidmət keçmək ist
Digər ölkələr
3 İyul , 2022 03:40
Serbiyada könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

Serbiyanın Müdafiə Nazirliyi ölkədəki gəncləri könüllü hərbi xidmətə çağırıb.

“Report” xəbər verir ki, ölkədə 19-30 yaş arası gənclərin 6 ay müddətində könüllü olaraq hərbi xidmətə dəvət edildiyi açıqlanıb.

Bildirilib ki, könüllü hərbi xidmət keçmək istəyənlərə hərbi bölgəyə gediş-gəliş biletləri, xidmət müddəti ərzində tibbi sığortası ödəniləcək, aylıq 323 avro müavinət veriləcək.

Nazirlik həmçinin 6 aylıq könüllü hərbi xidmətini uğurla başa vuranlara Serbiya Ordusunda peşəkar xidmət etmək hüququ veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Serbiyada hərbi xidmətə çağırış məcburi xarakter daşımır.

Son xəbərlər

Orphus sistemi