Serbiyada karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilir

Serbiyada karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilir Serbiyada koronavirus epidemiyası ilə mübarizə üçün bu həftə tətbiq ediləcək məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiyalar keçirilir.
Digər ölkələr
619
8 İyul , 2020 07:32
Serbiyada karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilir

Serbiyada koronavirus epidemiyası ilə mübarizə üçün bu həftə tətbiq ediləcək məhdudlaşdırıcı tədbirlərə etiraz olaraq aksiyalar keçirilir.

“Report” RİA “Novosti” xəbər verir ki, aksiya iştirakçıları polis kordonlarına hücum edib və ölkə parlamentinin binasına girməyə çalışıb.

Buna cavab olaraq polis etirazçılara qarşı gözyaşardıcı qazdan və digər xüsusi vasitələrdən istifadə edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, parlament binasının qarşısında 5 minə yaxın insan toplaşıb.

Qeyd edək ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə komendant saatı tətbiq ediləcək.