Serbiya Prezidenti parlamenti buraxıb

Serbiya Prezidenti parlamenti buraxıb Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Milli Assambleyasını (Parlament - Red) buraxıb və aprelin 3-nə növbədənkənar seçkilər təyin edib.
Digər ölkələr
15 Fevral , 2022 21:34
Serbiya Prezidenti parlamenti buraxıb

Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Milli Assambleyasını (Parlament - Red) buraxıb və aprelin 3-nə növbədənkənar seçkilər təyin edib.

“Report” xəbər verir ki, Prezident müvafiq sənədi ölkənin milli televiziyası ilə canlı yayımda xalqa müraciəti zamanı imzalayıb.

“Mən indicə parlamentin buraxılması ilə bağlı sənədi imzalamışam və Serbiya Konstitusiyasına, “Serbiya Prezidenti haqqında” qanuna və “Xalq deputatları haqqında” qanuna əsasən, seçkilərin təyin edilməsi barədə qərar qəbul edirəm. Mən seçkiləri 2022-ci il aprelin 3-nə təyin edirəm”, - deyə Serbiya lideri əlavə edib.

Son xəbərlər

Orphus sistemi