Serbiya martın 10-dan un, qarğıdalı və bitki yağı ixracını dayandıracaq

Serbiya martın 10-dan un, qarğıdalı və bitki yağı ixracını dayandıracaq Martın 10-dan Serbiya hökuməti buğda unu, qarğıdalı və bitki yağının ixracını qadağan edəcək.
Digər ölkələr
9 Mart , 2022 04:46
Serbiya martın 10-dan un, qarğıdalı və bitki yağı ixracını dayandıracaq

Martın 10-dan Serbiya hökuməti buğda unu, qarğıdalı və bitki yağının ixracını qadağan edəcək.

“Report” xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Serbiya lideri qeyd edib ki, ölkədən un və digər ərzaq məhsulları son dərəcə yüksək templə ixrac olunur:

“Böhranın dərinləşdiyi şəraitdə ölkə əhalisini qorumaq üçün bir sıra məhsulların ixracının məhdudlaşdırılması qərara alınıb. Cümə axşamından buğda unu, qarğıdalı, bitki yağı ixracı olmayacaq”.

Son xəbərlər

Orphus sistemi