Serbiya Makedoniyadakı bütün diplomatlarını geri çağırıb

Serbiya Makedoniyadakı bütün diplomatlarını geri çağırıb XİN başçısı İvitsa Daçiçin bu gün xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir
Digər ölkələr
21 Avqust , 2017 12:32
Serbiya Makedoniyadakı bütün diplomatlarını geri çağırıb

Bakı. 21 avqust. REPORT.AZ/ Serbiya Makedoniyanın paytaxtı Skopyedəki diplomatik təmsilçiliyində işləyən bütün əməkdaşları geri çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, Serbiyanın Makedoniyadakı səfiri Duşanka Divyak Tomiç ötən gecə Belqrada gedib. Diplomatlar təcili məsləhətləşmə üçün geri çağırılıblar.  

Serbiyanın Xarci İşlər Nazirliyi yaranmış vəziyyəti TASS-a şərh etməkdən boyun qaçırıb. Qurumun başçısı İvitsa Daçiçin bu gün xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.

Xəbərdə bildirilib ki, bir müddət əvvəl Serbiya hökuməti Makedoniyadan diplomatik nümayəndəliklərinin təhlükəsizliyi üçün əlavə tədbrilər görməyi istəyib. 

Son xəbərlər

Orphus sistemi