Сənubi Koreyada balıqçı gəmisi yük gəmisi ilə toqquşub: ölənlər var

Сənubi Koreyada balıqçı gəmisi yük gəmisi ilə toqquşub: ölənlər var Qəza zamanı 1 nəfər itkin düşüb
Digər ölkələr
31 Avqust , 2017 07:17
Сənubi Koreyada balıqçı gəmisi yük gəmisi ilə toqquşub: ölənlər var

Bakı. 31 avqust. REPORT.AZ/ Yapon dənizində Cənubi Koreyanın Pxoxan şəhəri yaxınlığında balıqçı gəmisinin yük gəmisi ilə toqquşması nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Renxap" agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, qəzadan sonra xilasedicilər 2 heyət üzvünü sudan çıxarmağa müvəffəq olublar. Lakin onlar xəstəxanaya çatdırıldıqdan sonra ölüblər.

Üçüncü balıqçının axtarışlarına 9 qayıq, Hərbi Dəniz Qüvvələrinin 3 gəmisi, 2 vertolyot və 1 patrul gəmisi cəlb edilib.

İnsidentlə bağlı təhqiqat aparılır.  

Son xəbərlər

Orphus sistemi